14 aprel 2012 11:17
Kəpəz misirli futbolçu transfer etdi
Mövsümün başa çatmasına 5 tur qalmış “Kəpəz” növbəti transferini həyata keçirib. Azerisport.az xəbər verir ki, Gəncə klubu İslam Emedi heyətinə qatıb.
Bir neçə gündü düşərgədə olan misirli futbolçu ilə müqavilə imzalanıb. 23 yaşlı dayaq yarımmüdafiəçisinin adı PFL-ə də təqdim olunub. Onunla ilkin olaraq mövsümün sonunadək müqavilə bağlanıb.
