15 aprel 2012 00:37

Hər şey Neftçinin çempionluğu üçün

Ötən gün futbol üzrə Azərbaycan çempionatında final mərhələsinin sonuncu dövrəsinə start verildi. Azerisport.az xəbər verir ki, 28-ci tur hələ başa çatmasa da, ölkə çempionatını artıq demək olar ki, bitmiş saymaq olar.
 
Bu tur ərəfəsində onsuz da 6 xalı silinməsinə görə böyük şok yaşayan “Xəzər Lənkəran”a növbəti ağır zərbə “Bakı”dan gəldi. “Zolaqlılar” final mərhələsinin ilk oyununda olduğu kimi, bu dəfə də cənubluları məğlub etməyi bacardılar. Özü də böyük hesabla. Nəticədə “ağ-yaşıllar” çempionluq şanslarını tam olaraq itirmiş oldular. “Bakı” isə əksinə medal qazanmaq şansını az da olsa, artırmış oldu.
 
İkinci pillədə qərarlaşan “Qarabağ”sa bu tur “Qəbələ”nin qonağı idi. Hansı ki, bu mövsüm kubok qarşılaşmaları da daxil olmaqla baş tutan əvvəlki 5 oyunda bir dəfə də qəbələliləri məğlub edə bilməmişdi. Fatih Kavlakın komandası isə kubokda bu rəqibinə uduzmadığı halda, yarımfinala çıxa bilmədiyi üçün bu oyunda qələbə qazanmaqla qisas almaq istəyirdi. Meydan sahibləri bu istəklərinə çatdılar. Nəticədə, “Xəzər Lənkəran” kimi, Ağdam klubu da çempionluq yolunda ağır zərbə aldı. Düzdü, Qurban Qurbanovun komandasının cüzi də olsa, şansı qalır. Amma bu, qətiyyən inandırıcı görünmür. Halbuki, ağdamlılar 7 xallıq fərqi qorumaqla ən azı intriqanı saxlamağa nail ola bilərdilər.
 
Əsas rəqiblərinin ardıcıl xal itirdiyi gündə lider “Neftçi” üçün əla şans yaranmışdı. “Ağ-qaralar” paytaxt derbisində qəbul etdiyi daha bir əsas rəqibi “İnter”lə oyunda qələbə qazanacağı halda, ən yaxın izləyicisindən 10 xal aralanmaq şansına malik idi. Böyükağa Hacıyevin komandası bu şansdan maksimum yararlandı. “Bankirlər”in ilk dəqiqələrdən kobud səhvləri nəticəsində “bağışladığı” iki erkən qol son ölkə çempionunu növbəti titula daha da yaxınlaşdırdı. Nəticədə, “Neftçi” ən azı avrokuboklara vəsiqəni təmin etdi. Növbəti turda qeydə alınacaq daha bir qələbə isə bu komandanın çempionluğunu rəsmiləşdirməsiylə nəticələnəcək.
 
İlk oyun günündə daha bir görüş baş tutdu. İkinci altılıq çərçivəsində baş tutan oyunda AZAL “Rəvan”la qarşılaşdı. Autsayderlər arasında favorit olan “təyyarəçilər” əsas izləyicisi olan “sarı-qırmızılar”ı yenməklə zirvədəki yerini demək olar ki, rəsmiləşdirə bilərdi. Onları eyni zamanda indiyə qədər “Rəvan”la baş tutan hər üç oyunda məğlub olmaları da az düşündürmürd. Vaqif Sadıqovun komandası bu uğursuz seriyaya son qoymaq istəyində idi. “Rəvan” isə mübarizə apardığı 7-ci yeri tutmaq üçün ən azı əsas rəqibini yenməklə aralarındakı xal fərqini minimuma endirmək fikrindəydi. Lakin tərəflər demək olar ki, heç biri istəyinə çatmadı. Qarşılaşma daha çox “təyyarəçilər”ə sərf edən sülhlə başa çatdı.
 
Premyer Liqa
28-ci tur
 
BAKI – XƏZƏR LƏNKƏRAN - 4:1 (2:0)
Qollar: D.Çesnauski, 34 (1:0), D.Çesnauski, 40 (2:0), D.Çesnauski, 56 (3:0), B.Subaşiç, 66 (3:1), A.Şoliç, 69 (4:1).
Vərəqələr: Antonio Semedo, 63 (simulyasiya) - sarı, Katalin Doman, 77 (rəqibi bilərəkdən ayaqla vurduğuna görə) – qırmızı.
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Nahid Əliyev, Anar Göyçayski.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
14 aprel 2012. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu.500   tamaşaçı.
Bakı: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Çesnauski Deyvidas (8. Junior Xavier Vilson, 68), 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov, 21. Novruz Məmmədov, 24. Kovaçeviç Nenad (19. Nurlan Novruzov, 75), 98. Kontreras Pardo Serxio, 99. Rəhman Hacıyev (77. Aleksandar Soliç, 57).
Ehtiyat oyunçular: 23. Sissoko Xalidu, 20. Elşən Manafov, 22. Tural Qürbətov, 25. Şəhriyar Əliyev.
Məşqçi: Novruz Əzimov.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev (k), 3. Elvin Beqiri, 6. Roberto Alviz (10. Elnur Abdullayev, 70), 7. Katalin Doman, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 11. Andrey Mureşan (81. Rikardo Qomeş, 46), 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes (22. Antonio Semedo, 61).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 23. Şəhriyar Xəlilov, 33. Stevan Bates.
Baş məşqçi: Yunis Hüseynov.
 
QƏBƏLƏ – QARABAĞ – 1:0 (0:0)
Qol: Y.Kamanan, 70 (1:0).
Vərəqələr: Ürfan Abbasov, 39 (qeyri-idman hərəkəti), Qrem Smit, 90+1 (oyunun bərpasını gecikdirdiyi üçün) - Rəşad Sadıqov, 41 (qeyri-idman hərəkəti), Vaqif Cavadov, 78 (qeyri-idman hərəkəti), Rəşad Sadiqov, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
14 aprel 2012. Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.
Qəbələ: 30. Qrem Smit, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 8. Bruno da Silva, 11. Yannik Kamanan, 15. Nodar Məmmədov (21. Elmar Baxşıyev, 76), 17. Arif İsayev (9. Viktor Mendi, 46), 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov (26. Daniel Lopes Kruz, 40), 77. Dodo.
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 5. Sergey Sokolov, 10. Deon Burton, 22. Murad Hüseynov.
Baş məşqçi: Fatih Kavlak.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev (70. Vaqif Cavadov, 77), 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev (9. Bəxtiyar Soltanov, 77), 14. Rəşad Sadıqov, 19. Muarem Muarem, 22. Əfran İsmayılov (17. Vüqar Nadirov, 55), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
 
AZAL – RƏVAN – 1:1 (0:0)
Qollar: Ekrem Hodziç, 47 (0:1), Zohair Benuahi, 58 (1:1)
Vərəqələr: Robert Petrov, 53 (qeyri-idman hərəkəti), Zohair Benuahi, 75 (qeyri-idman hərəkəti), Ervin Bulku, 87 (qeyri-idman hərəkəti), Tural Nərimanov, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
14 aprel 2012. AZAL Arena. 300 tamaşaçı.
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka (k), 25. Tural Nərimanov, 16. Branislav Arsenijeviç, 13. Şəhriyar Rəhimov, 7. Tərlan Xəlilov (11. Zohair Benuahi, 50), 10. Nuqzar Kvirtiya, 14. Orxan Səfiyaroğlu (19. Hüseyn Axundov, 89), 8. Ervin Bulku (6. Mindaugas Daunoraviçius, 90+2), 15. Georgi Boqyu.
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 4. Elvin Cəbrayıllı, 22. Elgün Abbaslı, 18. Elmin Çobanov.
Baş məşqçi: Vaqif Sadıqov.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 6. Taqim Novruzov, 7. Elvin Musazadə (9. Vüsal Qarayev, 85), 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 14. Sergey Artyux (20. Kristian Torres, 61), 15. Tural Cəlilov (17. Ramazan Abbasov, 76).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 13. Fərid Həşimzadə, 22. Amid Hüseynov, 24. Hüseyn İsgəndərov.
Baş məşqçi: Bəhmən Həsənov.
 
NEFTÇİ - İNTER - 2:1 (2:1)
Qollar: B.Nasimov, 5 (1:0), S.Georgiyevski, 12 (2:0), R.Abışov, 43-öz qapısına (2:1).
Vərəqələr: Ruslan Əmircanov, 38 (bilərəkdən əllə oyun) - İbrahima Niasse, 62 (simulyasiya), Samir Zərgərov, 65 (bilərəkdən əllə oyun), Peter Xrappan, 73 (hakimə etiraz), Peter Zlatinov, 88 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı.
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
14 aprel 2012. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 2500 tamaşaçı.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski (25. Cavid İmamverdiyev, 68), 9. Flavinyo (11. Cavid Hüseynov, 65), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 16. Alessandro Viana da Silva (32. Elvin Yunuszadə, 76), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 22. Fərid Quliyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
İnter: 1. Georgi Lomaya, 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 58), 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandalaki, 21. Arif Daşdəmirov (20. Girt Karlson, 77),  22. Peter Xrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (9. Enyo Krastovçev, 46), 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 10. Asif Mirili, 13. Bronislav Çervenka.
Baş məşqçi: Kaxaber Tsxadadze.
 
Turun daha iki oyunu bu gün keçiriləcək: Sumqayıt - Kəpəz, Turan – Simurq.
 
1
Neftçi
28
19
3
6
53 - 25
28
60
2
Qarabağ
28
14
8
6
32 – 18
16
50
3
İnter
28
14
7
7
26 – 19
7
49
4
Xəzər L
28
15
6
7
38 - 26
12
45
5
Qəbələ
28
13
6
9
36 - 29
7
45
6
Bakı
28
13
5
10
36 - 29
7
44
 
1
AZAL
28
10
7
11
41 - 43
-2
37
2
Rəvan
28
8
9
11
28 - 33
-5
33
3
Kəpəz
27
8
5
14
32 - 44
-12
29
4
Simurq
27
6
7
14
23 - 39
-16
25
5
Turan
27
6
4
17
22 - 36
-14
22
6
Sumqayıt
27
4
5
18
20 - 46
-26
17
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL), Yuri Fomenko (Kəpəz), Flavinyo (Neftçi)
9 - Zohair Benouahi (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.