15 aprel 2012 13:26
“Biz Qarabağdan daha güclü idik”
“Qəbələ”nin müdafiəçisi Mahir Şükürov Premyer Liqanın 28-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz oyundan öncə də başa düşürdük ki, ölkənin ən güclü klublarından birinə qarşı oynayırıq. “Qarabağ” az hücum etmədi. Amma bu oyunda biz rəqibdən daha güclü idik və qələbə qazandıq. Bu qələbə bizim özümüzə olan inamımızı daha da artırdı. Qələbə seriyamızı mövsümün sonuna kimi davam etdirməliyik”.