16 aprel 2012 00:01
İngiltərə kuboku: 2-ci finalçı da Chelsea oldu (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Federasiya kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Liverpool” doğma meydanda “Everton”la qarşılaşıb. Hesabı qonaqlar açsalar da, meydan sahibləri Liverpul derbisində əzmkar qələbə qazanmağı bacarıblar. Nəticədə ilk finalçı məhz “Liverpool” olub.
Digər yarımfinal cütündə isə “Tottenham”lə “Chelsea” üz-üzə gəlib. Daha inamlı oyun sərgiləyən qonaqlar darmadağına imza ataraq, finala yüksəliblər.
İngiltərə Federasiya Kuboku
Yarımfinal
14 aprel
Liverpool – Everton – 2:1
Qollar: Suares, 62, Karroll, 87 - Jelaviç, 24.
15 aprel
Tottenham – Chelsea - 1:5
Qollar: Beyl, 56 - Droqba, 43, Mata, 49, Ramires, 77, Lampard, 81, Maluda, 90.
