16 aprel 2012 00:03
Türkiyə çempionatı: Fener Trabzonsporu 2 qolla keçdi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında final mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutmalı idi.
Lakin güclü yağış səbəbindən çempionluq qrupunda keçirilməli olan "Beşiktaş" - "Galatasaray" matçı təxirə salınıb. Həmin görüşün aprelin 16-da keçiriləcəyi açıqlanıb.
İkinci "dördlük"də - Avroliqa qrupunda isə bir qarşılaşma baş tutub. Öz meydanında "Eskişehirspor"u qəbul edən "İstanbul BB" rəqibin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər.
İkinci oyun günündə isə “Fenerbahçe” "Trabzonspor"u qəbul edib və iki cavabsız qolla qələbə qazanıb. Digər yarımqrupda da "Sivasspor" "Bursaspor"u darmadağın edib.
Türkiyə Super Liqası
Çempionluq qrupu
14 aprel
Beşiktaş - Galatasaray (təxirə salınıb)
15 aprel
Fenerbahçe - Trabzonspor - 2:0
Qollar: Kristian, 36; Sou, 61.
Avroliqa qrupu
14 aprel
İstanbul BB - Eskişehirspor - 1:1
Qollar: Da Silva, 57 - Karadeniz, 28.
15 aprel
Sivasspor - Bursaspor - 4:0
Qollar: Eneramo, 27, Raynox, 44; 65, Qrosiçki, 49.
