15 aprel 2012 14:17

“Əsas hədəfimiz ölkə kubokunu qazanmaqdı”

Premyer Liqanın 28-ci turunun qəhrəmanlarından olan “Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauski “Xəzər Lənkəran”la oyunda (4:1) het-trikə imza atmaqla özündən söz etdirdi. Litvalı yarımmüdafiəçi bu münasibətlə azerisport.az saytının suallarını cavablandırıb.

“Şübhəsiz ki, “Bakı” üçün bu oyun çox uğurlu alındı. Biz rəqib qapısından dörd qol keçirə və ümumiyyətlə inamlı oyun sərgiləyə bildik. Belə oyundan və nəticədən bütün komanda razıdı”.
 
Bu oyunda het-trikə imza atmasına toxunan futbolçu bunları dilə gətirib: “Görünür, bu, mənim günüm idi. Əlbəttə, buna görə çox şadam. Lakin əsas odu ki, bu qollarım komandaya lazımı qələbəni qazandırmış oldu”.

Çoxları “Bakı”nın bütün diqqətini kuboka yönəldib, çempionata güc qoymadığını düşünsə də, Çesnauski bu fikirlərlə razı deyil: “Biz hər bir oyuna qələbə üçün çıxırıq. Bu oyunda da gördüyünüz kimi, inamlı qələbə qazandıq. İndi isə növbəti oyunumuza hazırlaşmaq zamanıdı. “Qarabağ”la Azərbaycan kubokunun yarımfinal oyunları çox çətin keçəcək. Özü də bu oyunlar həftəiçi baş tutacaq və qısa zaman ərzində də bu qədər matça çıxmaq asan deyil. İstənilən halda bizim əsas hədəfimiz ölkə kubokunu qazanmaqdı. Əlbəttə, çempionatda da dördüncü yeri tutmaq şansımız yaxşılaşdı. Amma əsas diqqətimiz kubokadı. “Qarabağ”la oyunlara ciddi hazırlaşmaq lazımdı. Bu mövsüm biz onları məğlub edə bilməmişik. Amma bu dəfə vəziyyəti xeyrimizə dəyişmək istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.