15 aprel 2012 02:34
İtaliyada futbolçu meydanda öldü
Ötən gün İtaliya futbolu şok hadisə ilə sarsılıb. Azerisport.az xəbər verir ki, B Seriyasında keçirilən “Pescara” – “Livorno” matçının 31-ci dəqiqəsində qonaq komandanın futbolçusu Pyermario Morozininin qəlbi dayanıb.
Həkimlər dərhal ona ilkin yardım göstəriblər. Lakin vəziyyəti ciddi olduğundan oyunçunu xəstəxanaya götürmək lazım gəlib. Amma təəssüflər olsun ki, bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
26 yaşlı futbolçunun ölümü bütün İtaliya futbolunu yasa qərq edib. Bu üzdən A Seriyası da daxil olmaqla, bütün turnirlərin oyunları təxirə salınıb.
