15 aprel 2012 02:48
Fransa kubokunun yeni qalibi müəyyənləşdi
Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin həlledici oyunundan Lion və Marselin “Olympique” klubları üz-üzə gəliblər.
Adaş komandaların mübarizəsi 90 dəqiqə ərzində qalibi müəyyənləşdirməyə imkan verməyib. Bu üzdən də əlavə vaxt təyin olunub. Əlavə vaxtda hesabı açan marsellilər minimal hesablı üstünlüyünü zona kimi qoruya biliblər və kuboka sahib çıxıblar.
Fransa Liqa kuboku
Final
14 aprel
Olympique (Lion) – Olympique (Marsel) – 0:1 (əlavə vaxtda)
Qol: Brandao, 105.
