15 aprel 2012 17:08
Mövsümün ikinci het-triki
Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümündə 2-ci het-trik qeydə alınıb. Azerisport.az xəbər verir ki, bu, ilk “altılıq”da baş tutan XXVIII turda gerçəkləşib.
Meydan sahiblərinin 4:1 hesablı qələbə qazandığı “Bakı” – “Xəzər Lənkəran” oyununda Deyvidas Çesnauski lənkəranlıların qapısına 3 qol vurub.
Litvalı legionerə qədər cari mövsümdə yalnız 1 futbolçu buna nail olmuşdu. Bu da çempionatın bombardiri Bahodir Nasimova nəsib olmuşdu. “Neftçi”nin özbəkistanlı hücumçusu XVI turun AZAL-la oyununda fərqlənmişdi. Ötən il dekabrın 11-də komandasının 7:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Nasimov mövsümdə ilk het-trikin müəllifi olmuşdu.
