15 aprel 2012 17:16
Ruslan Abışov mövsümün bombardiri oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunun “Neftçi” – “İnter” oyunu mövsümün 12-ci avtoqolu ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, eydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada qonaqların təsəlli qolu Ruslan Abışovun avtoqolu sayəsində gerçəkləşdi.
Bu, mövsümün 12-ci avtoqolu idi:
|
tur
|
Vurub
|
Kimin üçün
|
|
1
|
Rasim Ramaldanov (Simurq)
|
AZAL
|
|
6
|
Ruslan Abışov (Neftçi)
|
Xəzər Lənkəran
|
|
6
|
Bronislav Arsenyeviç (AZAL)
|
Qarabağ
|
|
8
|
Murad Hüseynov (Qəbələ)
|
Rəvan
|
|
1
|
Admir Teli (Qarabağ)
|
Neftçi
|
|
16
|
Aleksandr Qoqoberişvili (Turan)
|
Simurq
|
|
16
|
Nuqzar Kvirtiya (AZAL)
|
Neftçi
|
|
22
|
Ayxan Abbasov (Turan)
|
Xəzər Lənkəran
|
|
23
|
Emin Ağaməmmədli (AZAL)
|
Turan
|
|
23
|
Aydın İslamov (AZAL)
|
Turan
|
|
24
|
Bədavi Hüseynov (Sumqayıt)
|
Kəpəz
|
|
28
|
Ruslan Abışov (Neftçi)
|
İnter
|
“Neftçi”nin futbolçusu Ruslan Abışov Azərbaycan çempionatlarında özünün 2-ci avtoqolunu vurub. Unibank Premyer Liqasının XXVIII turunun “İnter”lə oyununda öz qapısına qol vuran müdafiəçi cari mövsümün “Xəzər Lənkəran”la qarşılaşmasında da eyni uğursuzluğu yaşamışdı. Ruslan Azərbaycan çempionatları tarixində 13-cü futbolçudur ki, 1 dəfədən artıq avtoqol müəllifi olub. İndiyədək 2 futbolçu - Natiq Qasımov və Ayxan Abbasov hərəyə 3 dəfə öz qapısına qol vurub. Daha 11 oyunçu - Aleksandr İntskirveli, Elnur Abbasov, Hüseynqulu Quliyev, Kamran Əlibabayev, Mehman Yunusov, Renat Abdaşov, Saşa Yunisoğlu, Usim Nduka, Zaur Həşimov, Aleksandr Musatkin, Ruslan Abışov isə hərəyə 2 avtoqol müəllifidir.
