15 aprel 2012 18:17
“Kəpəz imkanlarından aşağı səviyyədə oyun nümayiş etdirdi”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 28-ci turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 0:2 hesabıyla uduzduğu görüşdən sonra bunları dilə gətirib:
“Komandam imkanlarından aşağı səviyyədə oyun nümayiş etdirdi. Çempionatın geridə qalan oyunlarında qələbə qazanmağa çalışacağıq. “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm”.
