15 aprel 2012 18:23
Bernard Raab: Bu qələbə bizə çox lazım idi
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 28-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 2:0 hesablı qələbəyə sevindiyi görüşdən sonra bunları dilə gətirib:
“İkinci dövrədə ilk qələbəmizi qazandıq. Bu qələbə bizə çox lazım idi. Son iki oyunda bəxtimiz gətirsəydi, qələbə qazana bilərdik. Gələn oyunlarda da qələbə qazanmağa çalışacağıq. Futbolçuların özünə inamı baxımından bu gün vacib qələbə qazandıq”.
