15 aprel 2012 18:40
Qonaqların günü
Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda 26-cı turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 3 görüş baş tutub.
“Bakılı” – “Şuşa” görüşündə tərəflər qapılara yol tapa bilməyiblər. “Energetik” – “Şahdağ” oyununda da qalib müəyyənləşməyib. “MKT-Araz”ın qonağı olan “Karvan” isə 2 cavabsız qolla qələbə qazanıb.
Qeyd edək ki, turun digər oyunları ötən gün keçirilmişdi.
Birinci divizion
26-cı tur
15 aprel (bazar)
Bakılı – Şuşa – 0:0
Hakimlər: Elnur Muradov, Zeynal Zeynalov, Elman Kərimov, Etibar Həsənov.
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
Energetik – Şahdağ – 1:1
Qollar: Real Məmmədov, 82 - Fair Əmirquliyev, 29.
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Vasif Məmmədov, Elxan Müslümov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.
MKT-Araz – Karvan – 0:2
Qollar: Murad Ağakişiyev, 38, Azər Səfərli, 43.
Hakimlər: Ramil Diniyev, Elxan Əsgərzadə, Maqsud Şıxəliyev, Rəşad Aydınov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
1
23
20
2
1
43-7
62
