15 aprel 2012 19:56
Georgi Çixradze: Bu oyunda mütləq qalib gəlmək istəyirdik
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 28-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcüstanlı çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Çox ağır oyun keçdi. Meydançanın vəziyyətini, rəqibin kimliyini və turnir cədvəlindəki mövqeyimizi nəzərə alaraq bugünkü oyunda mütləq qalib gəlmək istəyirdik. Hər iki komandanın qol imkanları olsa da, heç biri istifadə edə bilmədi. Premyer Liqada qalmağı qarşımıza məqsəd qoymuşuq. Buna çalışacağıq”.
