16 aprel 2012 00:06

Autsayderlərin günü

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, son oyun günündə cəmi iki görüş baş tutdu ki, onlar da ikinci altılıq çərçivəsindəki qarşılaşmalar idi.
 
Final mərhələsində bir dəfə də uduzmayan “Turan” doğma divarlar arasında “Simurq”la qarşılaşırdı. Məhz bu uğurlu çıxışı sayəsində nəniki son pilləni tərk edən, hətta “Sumqayıt”la 5 xallıq fərq də yaradan Tovuz klubu daha bir sıçrayışa çox yaxın idi. Belə ki, Əsgər Abdullayevin komandası özündən irəlidə olan Zaqatala klubunu yenməklə, xallarını bərabərləşdirə bilərdi. Hər halda qarşısına elitada qalmağı məqsəd qoyan komandalar üçün bu qarşılaşma 6 xallıq əhəmiyyətə malik idi. “Simurq” qələbə qazanacağı halda isə “Turan” üçün bir qədər əlçatmaz olacaqdı.
 
Lakin tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, bu görüşdə qalibi müəyyənləşdirmək mümkün olmadı. Düzdü, bu nəticəni daha çox qonaqlar üçün sərfəli saymaq olar. Çünki aradakı xal fərqinin qorunub saxlanılması məhz “Simurq”un işinə yaradı. Amma hər halda “Turan” da qazanılan bir xal sayəsində əsas izləyicisi “Sumqayıt”ın çox sevinməsinə imkan vermədi.
 
Həmin “Sumqayıt” ki, “Dalğa Arena”da “Kəpəz”i qəbul edirdi. Bernard Raabın komandası qış fasiləsindən sonra qələbəyə həsrət idi. Yalnız “Turan”la ev oyununda bir xal qazanmağa nail olan sumqayıtlılar nəhayət bu oyunda ilk qələbə sevincini də yaşamaq istəyindəydilər. Nominal meydan sahibləri çətinliklə də olsa, bu istəklərinə çatdılar. Özü də Ruslan Qurbanovun dublu sayəsində.
 
Beləcə, “Kəpəz” növbəti məğlubiyyətini almaqla yeddinci pilləni tutmaq şanslarını demək olar ki, itirdi. “Sumqayıt” isə sonuncu pillədən çıxmaq şanslarını artırmış oldu. Elitada qalmaq üçün isə qalan bütün oyunlarda qələbə qazanmaq lazımdı ki, bu da çox müşkül görünür.

Maraq üçün xatırladaq ki, 28-ci turun daha prinsipial xarakter daşıyan digər qarşılaşmaları bir gün öncə keçirilmişdi: Bakı - Xəzər Lənkəran - 4:1, Qəbələ - Qarabağ - 1:0, AZAL - Rəvan - 1:1, Neftçi – İnter - 2:1.
 
Premyer Liqa
28-ci tur
 
SUMQAYIT - KƏPƏZ - 2:0 (1:0)
Qollar: R.Qurbanov, 42 (1:0), R.Qurbanov, 74 (2:0)
Vərəqələr: Abdulla Abatsiyev, 22 (qeyri-idman hərəkəti), Murad Ağayev, 78 (hakimin qərarına etiraz) - Yuri Fomenko, 22 (qeyri-idman hərəkəti), Renat Sultanov, 69 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elçin Məmmədov, İlham Əliyev, Elşən Acalov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
15 aprel 2012. Bakı. Dalğa Arena. 200 tamaşaçı.
Sumqayıt: 55. Andrey Popoviç, 4. Samir Abbasov (k), 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 2. Slavik Alxasov, 47. Abdulla Abatsıyev, 25. Murad Ağayev, 10. Eşqin Quliyev (8. Emin Mustafayev, 67), 91. Ruslan Qurbanov (27. Ramil Haşımzadə, 88), 9. Orxan Həsənov (76. Uğur Pamuk, 67), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 50. Samir Abdulov, 19. Orxan Əliyev, 90. Yasin Abbasov.
Baş məşqçi: Bernhard Raab.
Kəpəz: 88. Elşən Poladov, 17. Renat Sultanov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 5. Əli İsmayılov, 27. Pərvin Paşayev (12. Mesallah Eslam, 59), 8. Nikolay Svejentsev (23. Junivan Suares, 77), 8. Armand Feutçin, 11. Sabir Allahquliyev (14. Dmitri Parxaçov, 75), 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 25. İon Arabadji, 19. Zaur Əsədov, 6. Vasif Əliyev.
Baş məşqçi: Fuad İsmayılov.
 
TURAN - SİMURQ - 0:0 (0:0)
Vərəqələr: Aleksandr Şemonayev, 45+2 (qeyri-idman hərəkəti), Mikayıl Rəhimov, 79 (qeyri-idman hərəkəti), Vidas Alunderis, 83 (rəqibi əli ilə bilərəkdən saxladığına görə) – sarı.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Ramiz Əsgərov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Qurban Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
15 aprel 2012. Tovuz. Şəhər stadionu. 4000 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 5. Ayxan Abbasov, 9. Xəyal Qarayev (7. Fərmayıl Əliyev, 53), 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberaşvili, 18. Hafiz Əliyev (10. Nadir Nəbiyev, 46), 20. Azər Məmmədov (24. Dan Pisla, 83), 21. Rəşad Orucov, 25. Muammer Erdoğdu, 32. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 4. Seymur Tağıyev, 8. Asəf Qədiri, 19. Ruslan Abbasov.
Baş məşqçi: Əsgər Abdullayev.
Simurq: 32. Dmitri Kramarenko (k), 2. İlkin Qırtımov, 4. Vasili Yanotovski, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 13. Aleksandr Şemonayev, 19. Anatoli Doroş (23. Ruhid Usubov, 86), 28. Rüstəm Abbasov, 29. İqor Tarasov, 77. Daniel Genov (6. Mikayıl Rəhimov, 76), 79. Vidas Alunderis.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 9. Əli Bağırov, 15. Nicat Qurbanov, 10. Tofiq Mikayılov, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.
 
1
Neftçi
28
19
3
6
53 - 25
28
60
2
Qarabağ
28
14
8
6
32 – 18
16
50
3
İnter
28
14
7
7
26 – 19
7
49
4
Xəzər L
28
15
6
7
38 - 26
12
45
5
Qəbələ
28
13
6
9
36 - 29
7
45
6
Bakı
28
13
5
10
36 - 29
7
44
 
1
AZAL
28
10
7
11
41 - 43
-2
37
2
Rəvan
28
8
9
11
28 - 33
-5
33
3
Kəpəz
28
8
5
15
32 - 46
-14
29
4
Simurq
28
6
8
14
23 - 39
-16
26
5
Turan
28
6
5
17
22 - 36
-14
23
6
Sumqayıt
28
5
5
18
22 - 46
-24
20
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL), Yuri Fomenko (Kəpəz), Flavinyo (Neftçi)
9 - Zohair Benouahi (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.