16 aprel 2012 13:34
Qarabağ Bakı üçün başladı
“Qarabağ” “Bakı” ilə oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, şənbə günü Premyer Liqada “Qəbələ”nin qonağı olan komanda Bakıya dönər-dönməz ölkə kubokunun yarımfinal mərhələsində qarşılaşacağı “Bakı” ilə oyunun hazırlıqlarına start verib.
Bazar günü sonuncu oyunda meydana çıxmayanlar məşq edibsə, bu gün bütün komanda ilk məşqini keçəcək. Aprelin 18-də 1/2 finalın ilk qarşılaşmasına çıxacaq Ağdam klubunun bu günki çalışması 16:00-a nəzərdə tutulub. Komanda sabah oyunun keçiriləcəyi “Bakı”nın təlim-məşq bazasının stadionunda məşqə çıxacaq.
