16 aprel 2012 14:17
Kubok oyunlarının başlama saatları bəlli oldu
Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının başlama saatı bəlli olub. Azerisport.az xəbər verir ki, hər iki oyun eyni gündə keçiriləcək.
Belə ki, aprelin 18-də baş tutacaq 1/2 final mərhələsinin oyunları Bakıda keçiriləcək. Öncə "Bakı"nın bazasında "Bakı" "Qarabağ"la qarşılaşacaq. Bu oyun saat 15:30-da start götürəcək.
Digər yarımfinal görüşü isə "Şəfa" stadionunda keçiriləcək. "İnter" - "Neftçi" görüşü də saat 18:00-da başlayacaq.
