16 aprel 2012 18:49
Təxirə salınan turun vaxtı müəyyənləşdi
İtaliyanın “Livorno” klubunun futbolçusu Pyermario Morozininin ölümü səbəbindən təxirə salınan A Seriyası matçlarının keçiriləcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, İtaliya Futbol Federasiyası təxirə salınan XXXIII turun oyunlarının aprelin 21-22-də, XXXIV turun isə aprelin 25-də keçirilməsinə qərar verib.
Federasiyadan verilən açıqlamada bildirilir ki, aprelin 25-də Çempionlar Liqasının yarımfinalında “Real” – “Bayern” oyunu keçiriləcəyindən A Seriyasının matçları gündüz saatlarında oynanılacaq.
Bu arada, “Peskara” – “Livorno” matçının 31-ci dəqiqəsində özünü pis hiss edərək yerə yıxılan və aparıldığı xəstəxanada vəfat edən Pyermario Morozini bu gün məhkəmə-tibbi ekspertizadan keçiriləcək.
