16 aprel 2012 15:54
“Xəzər Lənkəranda belə qərarları klub prezidenti verir”
Xəzər Lənkəran”ın icraçı-direktoru Höccət Hacıyev azerisport.az saytına müsahibəsində komanda ilə bağlı son olaylara münasibət bildirib.
- “Xəzər Lənkəran”ın altı xalının silinməsi ilə əlaqədar rəhbərliyin mövqeyi necədi?
- Biz İdman Arbitraj Məhkəməsinə müraciət etməyə qərar vermişik. Bizim maraqlarımızı Belarusdan olan vəkil müdafiə edəcək. O, artıq bu məsələ ilə bağlı işə başlayıb. İAM öz mövqeyini yaxın 10 gündə açıqlamalıdı. Klubun altı xalının silinməsi düzgün deyil. Biz cəriməni ödəmişik. Faizə gəlincə, bu, məsələnin texniki tərəfidi.

- Futbolçular nə vəziyyətdədilər?
- Bütün komanda psixoloji cəhətdən təzyiq altındadı. Özünü başa düşürsüz ki, altı xalımızın silinməsi bizim üçün böyük əhəmiyyət daşıyır. Komanda çempionluq barədə düşünürdü, futbolçular mövsümü uğurla başa vurmağı hədəfləmişdilər. Bunu bacaracaqları halda böyük mükafat qazanacaqdılar. Elə azarkeşlər də bizdən yaxşı nəticə gözləyirdilər. Amma hazırda 4-cü pillədə qərarlaşmışıq və avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq məcburiyyətindəyik.

- “Bakı”ya 1:4 hesablı yenilginin də səbəbi bu oldu?
- “Bakı”ya qarşı futbolçular sadəcə oynamadılar. Onlar meydanda hiss olunmurdular. Əks halda rəqib bizi belə asanlıqla məğlub etməzdi. Etiraf edim ki, futbolçular hələ özlərinə gəlməyiblər. Rəhbərklik onlarla görüşür, çalışır ki, hər şeyi unutdursun. Amma bu, elə də asan deyil.

- Mətbuatda belə bir informasiya var ki, XL yayda səs-küylü transferlərə hazırlaşır. Bu, belədi?
- Bundan xəbərim yoxdu. Yayda biz diqqəti yerli bazara yönəldəcəyik. Gənc və yerli oyunçularla müqavilə imzalamaq istəyirik.

- Yeri gəlmişkən, Mahir Şükürovun da yayda “Xəzər Lənkəran”a dönəcəyi bildirilir...
- Bu barədə hələ heç nə bəlli deyil. Rəsmi olaraq belə informasiya yoxdu. Ümumiyyətlə, transferlərdən danışmaq tezdi. Biz hələ FİFA-nın qərarı ilə məşğuluq. Onlar bizim altı xalımızı qaytarmalıdılar.
- Belə bir xəbər də yayılıb ki, Tuyqun Nadirov klubun vitse-prezidenti postundan istefaya göndərilib...
- Bunlar hamısı uydurmadı, həqiqəti əks etdirmir. “Xəzər Lənkəran”da prezident var və kimin qalıb, kimin gedəcəyinə də o qərar verir. Nadirovun istefasına gəlincə, bu, bir-iki nəfərin uydurmasından başqa bir şey deyil.
- Klubda baş verən son olaylara Mübariz Mənsimovun münasibəti necədi?
- O, hər şeydən xəbərdardı, klubun prezidenti Mais Mənsimovla əlaqə saxlayır. Mübariz Mənsimov da komandamızın belə aqibətlə üzləşməsinə görə çox məyusdu. Amma bizim yenə də hər şeyi yoluna qoymaq şansımız var.

- Bəs “Xəzər Lənkəran” avrokuboklardan kənar qalsa, nə olacaq?
- Bu haqda düşünmək də istəmirəm. Biz avrokuboklara vəsiqə üçün hər cür şansdan yararlanacağıq.