16 aprel 2012 18:25

“İnterdə sabit oyun sərgiləyən hücumçu yoxdu”

“İnter”in müdafiəçisi Arif Daşdəmirov azerisport.az saytına müsahibəsində komandasının kubok və çempionatdakı şanslarını dəyərləndirib.
 
- Təsnifat mərhələsindəki oyunlarda məğlub etdiyiniz “Neftçi”yə final mərhələsindəki görüşlərdə məğlub olmağınız nə ilə bağlıdı?
- Sadəcə, rəqib bizim səhvlərimizdən yararlandı. Bizə onları dayandırmaq lazım idi, belə səhvlərə yol verməməliydik.
 
- Artıq sabah sizi bu komanda ilə kubok oyunu da gözləyir...
- Bu, artıq tam fərqli turnirdi. Bu oyunlara yanaşma da fərqli olacaq. Kubokun yarımfinalında “İnter”ə daha inamlı oyun sərgiləmək lazımdı. Bu dəfə səhv etməməliyik. “Neftçi” ciddi və fərdi cəhətdən güclü komandadı. İlk oyunu öz meydanımızda keçirəcəyik. Qələbə qazanmaq lazımdı ki, cavab görüşündə işimiz bir az asan olsun.
 
- Bəs “İnter”in son zamanlar inamsız çıxış etməsinə səbəb nədi?
- Mən deməzdim ki, komandamız inamsız çıxış edir. Bizim əsas problemimiz qol epizodlarından yararlana bilməməyimizdi. Amma belə hər şey qaydasındadı. Top saxlayırıq, qol vəziyyətləri yaradırıq.

- Amma final mərhələsində bir qələbə, bir heç-heçə olmaq şərtilə 4 dəfə məğlub olmusuz...
- Əgər qol vəziyyətlərindən lazımınca yararlana bilsəydik, bu statistika bizim xeyrimizə olardı. Əgər top qapıya getmək istəmirsə, nə etmək olar? Bax buna görə də az qol vururuq.
 
- Yəni komandada çətin vəziyyətdə qol vura biləcək futbolçu yoxdu?
- Təəssüf ki, bizdə sabit oyun sərgiləyən hücumçu yoxdu.
 
-  Məşqçilər korpusu bu uğursuzluğu yorğunluqla əlaqələndirir..
- Məşqçilər korpusu səhv etmir. Digər tərəfdən də süni örtükdən təbii ot örtüyünə keçmək də öz rolunu oynayır. Bu, komandaya mənfi təsir göstərir.
 
- Belə olan halda Avropa Liqasına yollanmaq şanslarınızı necə dəyərləndirərdiz?
- Bunu iki yolla edə bilərdik. Birincisi ən sadədi: Premyer Liqada ilk üçlüyə düşmək lazımdı. İkincisi isə kuboku qazanmaqla. “İnter” yenə avrokuboklarsız qala bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.