16 aprel 2012 19:14

Azərbaycan kuboku: tarixə səyahət

Aprelin 18-də Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqası bu mərhələdə üz-üzə gələn komandaların ölkə kubokunda baş tutan əvvəlki oyunlarının balansını tərtib edib.
 
Burada komandaların indiki və əvvəlki adları altında yalnız kubok görüşləri əks olunub. Yarımfinalda əbədi iddialılar oynadığından bu komandalar indiyədək dəfələrlə kubok yarışlarında da üz-üzə gəlib. Maraqlıdır ki, hər 2 cütünü öz favoriti var.

1/2 final, ilk oyunlar

18 aprel (çərşənbə)

"Bakı" - "Qarabağ"
+0=2-4, top fərqi – 4:9

“Bakı” ilə “Qarabağ”ın kuboka gedən yolları 4-cü dəfədir ki, kəsişir. Əvvəlki qarşıdurmanın hamısında 1 qalib olub - bu da “Qarabağ” komandasıdır. Ağdamlılar hər dəfə rəqibini keçib mübarizəni davam etdirib. Bu duel çərçivəsində keçirilən 6 oyunda “Bakı” cəmi 2 heç-heçə qazanıb.
 
 
1997/98
1/4 final
Dinamo (Bakı) - Qarabağ (Ağdam)
0:0, 0:2
2008/09
1/2 final
Bakı - Qarabağ (Ağdam)
1:2, 1:2
2005/06
1/4 final
Qarabağ (Ağdam) - Bakı
3:2, 0:0

"İnter" - "Neftçi"
+4=3-1, top fərqi – 10:6

Kubokda 5-ci dəfə yolları kəsişən paytaxt təmsilçilərinin duellərində “İnter” 3, “Neftçi” 1 dəfə mərhələ adlayan tərəf olub. Lakin “bankirlər” “İnter” kimi deyil, “Xəzər Universiteti” adlandığı vaxt mübarizəni dayandırıb. Elə “Neftçi”nin 4 dueldəki 8 oyunda qazandığı yeganə qələbə də 10 il əvvəlki həmin matçlara təsadüf edib.
 
 
2001/02
1/2 final
Neftçi (Bakı) - Xəzər Universiteti (Bakı)
2:0, 1:2
2004/05
1/4 final
Neftçi (Bakı) - İnter (Bakı)
0:0, 0:0, pen. 3:4
2007/08
1/2 final
Neftçi (Bakı) - İnter (Bakı)
2:2, 0:1
2009/10
1/4 final
Neftçi (Bakı) - İnter (Bakı)
0:3, 1:2

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.