16 aprel 2012 20:10
Azərbaycan kuboku: yarımfinal mərhələsinin təyinatları
Futbol üzrə Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları 18 aprel tarixində keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmalara AFFA nümayəndələri və hakim-inspektorların təyinatları açıqlanıb.
Lakin hakim təyinatları oyun günü açıqlanacaq. Mövcud təyinatları diqqətinizə çatdırırıq:
Azərbaycan kuboku
Azərbaycan kuboku
Yarımfinal
18 aprel (çərşənbə)
Bakı - Qarabağ
AFFAnümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:30.
İnter - Neftçi
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. "Şəfa" stadionu. Saat 18:00.
