16 aprel 2012 11:18

Mahir Şükürov: Bu haqda düşünmək də istəmirəm

“Qəbələ”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 28-ci turunda “Qarabağ” üzərində qazandıqları qələbədən, avrokuboklara getmək şanslarından, eləcə də “Xəzər Lənkəran”a mümkün transferindən danışıb.

- “Qarabağ”la oyunla bağlı nə deyərdiz?
- Biz bilirdik ki, Azərbaycanın ən güclü klublarından birinə qarşı oynayacağıq. “Qarabağ” çox hücum edirdi. Amma biz rəqibdən daha güclü idik. Hesab edirəm ki, “Qəbələ” rəqibdən daha yaxşı oynadı. Biz göstərdik ki, onlardan daha güclüyük. Bu qələbə bizdə özünəinamı daha da artırdı. İndi bu qələbə seriyasının davamını gətirmək lazımdı. Daha dörd qələbə bizə kömək edə bilər.
 
- Deməli siz “Qarabağ”ın sizinlə oyunda bəxtsizliklə üzləşməsi ilə razı deyilsiz?
- “Qarabağ”la kubok oyunlarında bəxtsizliklə üzləşən biz idik. Amma bu dəfə göstərdik ki, “Qarabağ”dan daha güclüyük. Bir qol vursaq da, hər halda qələbə qələbədi.
 
- Bir sözlə, “Qəbələ” qisasını aldı?
- Bilirsiz, bu, futboldu. Bu gün sən qazanırsan, sabah əksi olur. Biz revanş barədə düşünmürdük. Bizim üçün sadəcə qələbə qazanmaq lazım idi. Çoxları düşünür ki, “Qəbələ” avrokuboklara düşə bilməz. Amma bizim şansımız var. Bundan yararlanmaq lazımdı. Son tura kimi qələbə qazanmağa borcluyuq. Yalnız belə olan halda “Qəbələ” avrokuboklara düşə bilər.
 
- Ötən həftə FİFA “Xəzər Lənkəran”ın hesabından 6 xalın silinməsini tələb etdi. Sizcə, bu qərar “Qəbələ” üçün nə dərəcədə düşərli oldu?
- Bu, komandanın futbolçularına qarşı heç də arzuolunmayan bir münasibətdi. Çünki komanda əziyyət çəkərək o xalları qazanıb. Mən çox təəssüflənirəm ki, belə bir hadisə baş verdi. Fikrimcə, bu işdə şəxsən kimlər günahkardırsa, məhz onların cəzalanması lazım idi. Futbolçular belə cəzaya layiq deyillər.
 
- Yeri gəlmişkən, mövsümün sonunda sizin “Xəzər Lənkəran”a keçəcəyiniz haqda söhbətlər dolaşır...
- Öz gələcəyim barədə hələlik danışmaq istəmirəm. Ona görə də bu sualınıza cavab verməyəcəm.
 
- Sizcə, “Qəbələ” bu mövsüm avrokuboklara düşə bilməsə, günahkarı kimlər olacaq?
- Bizim hələ şansımız qalır. Mən başa düşə bilmirəm ki, niyə bizim üçün hər şeyin bitdiyini söyləyirlər. Düzdü, biz kubokda uduzduq. Amma çempionatda şansımız var. Bu mövsüm həm yaxşı, həm də pis oyunlarımız oldu. Hələ yekun nəticədən danışmaq isə tezdi. Favoritlər hər tur xal itirə bilərlər.
 
- “Qarabağ”ı məğlub etməyiniz “Neftçi”ni demək olar ki, çempion etdi...
- Biz özümüz üçün oynayırdıq. “Neftçi” haqda heç düşünmürdük də. Amma bakılıların çempionluğa daha da yaxınlaşması doğrudu. Onlara indi sadəcə bir qələbə lazımdı ki, çempion olsunlar. Bu komandayla bizim də oyunumuz var. Həmin oyuna da yalnız qələbə üçün çıxacağıq.
 
- Əgər “Qəbələ” avrokuboklara düşə bilməsə, mövsümü itirilmiş saymaq olar?
- Mən bu barədə heç düşünmək də istəmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.