16 aprel 2012 11:28
Azərbaycan futbol ailəsinin 25001-ci üzvü (FOTO)
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 25 min nəfəri keçib.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 25001-ci üzvü 1999-cu il təvəllüdlü Nuranə Qafil qızı Əskərzadədi. O, İmişlinin “MKT-Araz” klubunun müvafiq yaş qrupundan ibarət komandasının heyətində AFFA tərəfindən təşkil olunmuş U-15 qızlar Liqasında çıxış edir.
