16 aprel 2012 12:14
Qarabağın 140 günlük seriyası qırıldı
Ağdamın “Qarabağ” klubunun Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Azerisport.az xəbər verir ki, ardıcıl 13 oyunda uduzmayan Qurban Qurbanovun yetirmələri XXVIII turun “Qəbələ” ilə qarşılaşmasında 0:1 hesabı ilə məğlub oldu.
Sonuncu dəfə ötən il noyabrın 26-da keçirilən XIV turun oyununda uduzan “Qarabağ” həmin vaxt öz meydanında “Neftçi”yə məğlub olmuşdu – 1:2.
140 gün uduzmayan Ağdam təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasında 8 qələbə qazanıb və 5 heç-heçə edib. 140 gün ərzində “Qarabağ” 29 xal toplayıb. (PFL)
