16 aprel 2012 12:53

"Çox şadam ki, bu sevinci yaşamaq bizə də qismət oldu"

Futbol üzrə Azərbaycan birinci divizionunda sona altı tur qalmış “Qaradağ Lökbatan” klubunun çempionluğu bəlli oldu. Azerisport.az xəbər verir ki, 62 xalla turnir cədvəlinin lideri olan “Qaradağ Lökbatan” ən yaxın izləyicisi “Neftçala”nı 16 xal qabaqlayır.
 
Artıq gələn mövsümdən etibarən Premyer Liqada çıxış edəcək “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov PFL-in saytına verdiyi açıqlamada bu cür çempion olacaqlarını gözləmədiklərini bildirib:
 
“Hər bir komandanın arzusu çempion olmaqdır. Çox şadam ki, bu sevinci yaşamaq bizə də qismət oldu. Komandamız özünə inanırdı. Mövsümün əvvəlindən əzmkar mübarizə aparırdıq. Çempionluqda komandanın hər bir fərdinin, xüsusilə rəhbərliyin çox böyük payı var. Mən komandanın prezidenti Tahir Mustafayevə bizə göstərdiyi diqqətə görə bir daha təşəkkür etmək istəyirəm”.
 
“Birinci dövrədə biz 2-3-cü pillələrdə qərarlaşırdıq. Qış fasiləsində qarşımıza məqsəd qoyduq ki, ancaq çempion olmaq və hər oyunda qalib gəlmək üçün meydana çıxacağıq. Futbolçularım çox böyük əzmkarlıq göstərdilər. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Nəzərə almaq lazımdır ki, “Qaradağ Lökbatan”ın heyətində bir nəfər də olsun milli komanda üzvü yoxdur. Amma onların cari mövsümdə qazandıqları təcrübə artıq onların Premyer Liqada oynamalarına imkan verir. Ona görə də, biz növbəti mövsümdə heyətdə əsaslı dəyişiklik etməyi düşünmürük. I Divizion ilə Premyer Liqa arasında səviyyə fərqi olduğuna görə müəyyən transferlər etmək vacibdir. Bəzi boşluqları aradan qaldırmaq üçün yeni futbolçular transfer edəcəyik, ancaq əksər oyunçular komandada qalacaq. Bu, həm də halallıq məsələsidir. Axı, komandanın Premyer Liqaya yüksəlməsində onların böyük əməyi var”.
 
“Ötən mövsümlə müqayisədə bu il I Divizionda daha güclü mübarizənin şahidi olduq. Bu da ölkədə futbolun inkişaf etdiyinin göstəricisidir. Bu il 3-4 komandanın heyətində legioner futbolçular çıxış edirdilər. Bölgə komandaları da artıq oyunlarda öz güclərini ortaya qoyurlar. Diqqət yetirsəniz görərsiniz ki, bölgə komandalarının əksəriyyətini biz minimal hesabla məğlub edə bilmişik. Çox gərgin mübarizə nəticəsində qələbə qazanırdıq”.
 
“Artıq çempion olduğumuz bəlli olsa da, növbəti qarşılaşmalarda da qələbə qazanmağa çalışacağıq. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Belə olan halda qələbə qazanmaq da asan olur. Hər bir komandaya uğurlar arzulayıram. Çox gözəl çempionatın şahidi olduq. Bütün rəqiblərə təşəkkür edirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.