17 aprel 2012 13:44
Lyuba Baranin: Mən intizamı pozduğumu düşünmürəm
“Qəbələ”nin sabiq futbolçusu Lyuba Baranin komandadan qovulmasına münasibət açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırda Bakıdayam, komandayla birgə deyiləm. Klub rəhbərliyinin xaricdən qayıtmasını gözləyirəm. Mənim gələcəyim yalnız ondan sonra müəyyənləşəcək. İdeal variant o olardı ki, komandada qalardım. Amma əgər klub rəhbərliyi məni komandada görmək istəmirsə, o zaman başqa təkliflərə açıq olacağam. Əsas üstünlüyü Azərbaycan klublarına verəcəm. Çünki burda qalmaq istəyirəm. Mümkündü ki, mənim bu müsahibəm məşqçilərimizin xoşuna gəlməyib. Ola bilər ki, onlar mənim intizamı pozduğumu düşünsünlər. Amma mən bununla intizamı pozduğumu düşünmürəm. Yeni təkliflər barədə hələ düşünmürəm. Özümə yeni klub tapa bilməsəm, müqaviləmin sonuna kmi “Qəbələ”də qalmalıyam”.