17 aprel 2012 01:49
Hacıyev: Qarabağı məğlub edəcəyimizə inanıram
“Bakı”nın hücumçusu Rəhman Hacıyev futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Biz “Xəzər Lənkəran”la oyunumuzun bu qədər uğurlu alınacаğını gözləmirdik. Bizdə çox şey alınırdı, yaxşı paslaşırdıq. “Qarabağ”la kubok oyunumuz da asan olmayacaq. Çünki rəqibimiz də finala çıxmaq istəyir. Amma inanıram ki, biz qələbə qazanacağıq”.
