17 aprel 2012 01:55
“Qarabağdan hər üç məğlubiyyətin qisasını almaq istəyirik”
“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Əlbəttə ki, çətin oyun olacaq. Ən azı ona görə ki, “Qarabağ”ın formalaşmış heyəti var, üç ildən çoxdu bir yerdə çıxış edirlər. “Qarabağ”ı Azərbaycan iki-üç ən güclü komandasından biri saymaq olar. Bu mövsüm biz onlarla üç oyun keçirmişik, hamısında da məğlub olmuşuq. İndi isə mən də daxil olmaq bütün komanda revanş haqda düşünür. Bizim kubokdan avrokuboklara qatılmaq üçün əla şansımız var. Qələbə üçün mümkün hər şeyi edəcəyik. Çünki buna bizim çox ehtiyacımız var”.
