17 aprel 2012 02:00
Şoliç: Kubokda əsas ilk oyundu
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Kubokda əsas ilk oyundu. İnanıram ki, “Qarabağ”ı məğlub edə biləcəyik. Məhz ilk oyun işimizin nə qədər çətin olduğunu aşkarlayacaq. Əgər biz burda qələbə qazansaq, o zaman bu, yolumuzu asanlaşdıracaq. Əlbəttə, eyni komanda ilə ardıcıl üçün oyun keçirmək çətindi. Amma biz buna məcburuq. Əgər hücum etsək, bizim heç bir problemimiz olmayacaq”.
