17 aprel 2012 14:07
AFFA-nın keçirdiyi çempionatlarda yenə lipa tapıldı
AFFA-nın təşkil etdiyi çempionatlarda yenə “lipa” tapılıb. Azerisport.az xəbər verir ki, İntizam Komitəsi iki kluba bununla bağlı cəza verib.
Belə ki, U-14 liqasının “Şirvan” – “Sabirabad” matçında “Sabirabad”ın heyətində Xəyal İsmayılov, Arzu Mahmudov, Rəsul Mənsimov və Tural Abdullayevin sənədlərinin saxta olduğu aşkar edilib. Bu səbəbdən adıçəkilən futbolçuların iştirak etdiyi bütün görüşlərdə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 liqasının “Lokomotiv” – “Turan” matçında isə “Lokomotiv”in heyətində Orxan Məmmədovun sənədlərininin saxta olduğu aşkara çıxıb. Bu səbəbdən adıçəkilən futbolçunun iştirak etdiyi bütün görüşlərdə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
