17 aprel 2012 14:18
Şəhriyar Əliyev: Qarabağ zəif rəqib deyil
“Bakı”nın müdafiəçisi Şəhriyar Əliyev futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Cari mövsümdə “Qarabağ”la 4 dəfə qarşılaşmışıq. Çətin oyun olacağını bilirik. Ancaq bu, o demək deyil ki, “Bakı” zəif rəqibdi. Əsas məqsədimiz mərhələni keçməkdi. Meydana da yalnız qələbə üçün çıxacağıq. “Qarabağ” zəif rəqib deyil. Güclü komandadı. İlk oyun buradadı. Çalışacağıq ki, yaxşı nəticə qazanaq və cavab matçına rahat çıxaq. Əsas fikrimiz kubokdadı”.
