17 aprel 2012 14:22
Lyuba Baranini Bakı almaq istəyir
“Qəbələ”nin heyətindən kənarlaşdırılan Lyuba Baranin karyerasını “Bakı”da davam etdirə bilər. Azerisport.az xəbər verir ki, serbiyalı futbolçuya hazırda daha çox məhz paytaxt klubu maraq göstərir.
“Zolaqlılar” bunun üçün hətta Baraninlə danışıqlara başlamağa hazırlaşır. Bu danışıqların necə nəticələnəcəyi isə yaxın zamanlarda bəlli olacaq.
Qeyd edək ki, Baranin intizamsızlıq səbəbi ilə baş məşqçi Fatih Kavlakın istəyinə uyğun olaraq “Qəbələ”dən qovulub. Onun klubla müqaviləsinin müddəti 2013-cü ildə başa çatacaqdı.
