17 aprel 2012 14:34

UEFA nümayəndəsi: Azərbaycan çempionatında danışılmış oyunlar var

UEFA tərəfindən Avropa futbolunun sağlam gələcəyini təmin etmək, şəffaf rəqabəti qorumaq, futbolda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlar kimi neqativ halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər həyata keçirilir. Azerisport.az xəbər verir ki, bu tədbirlərdən biri kimi 2011-ci ilin sentyabr ayında UEFA üzvü olan assosiasiyalarda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlara qarşı mübarizə üzrə nümayəndələrin təyin olunmasını göstərmək olar.
 
Həmin nümayəndələr bir sıra mənbələrdən, o cümlədən UEFA-dan daxil olmuş məlumatlar əsasında idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış matçlarla bağlı araşdırma aparır və bu araşdırmaların nəticələri barədə yerli assosiasiya rəhbərliyini və UEFA-nı məlumatlandırır. UEFA-nın ölkəmizdəki nümayəndəsi, AFFA-nın hüquqşünası Rəmiş Malıyev kuratorluq etdiyi sahə ilə bağlı görülən tədbirlərlə əlaqədar fikri affa.az saytına bildirib.
 
Onun verdiyi məlumata əsasən Premyer Liqanın bir sıra oyunlarının nəticələrinin də əvvəlcədən müəyyənləşdirilməsi barədə AFFA-ya məlumatlar daxil olub. Bunu araşdırmaq və  şübhəli oyunları analiz etmək AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə tapşırılıb. Komitə tanınmış futbol mütəxəssislərini bu məsələnin araşdırılmasına cəlb edərək, onların rəylərini də nəzərə almaqla müvafiq qərar qəbul edəcək. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə AFFA-nın baş katibliyinə məlumat veriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.