17 aprel 2012 18:03
Elnur Allahverdiyev: Neftçiyə 0:5 hesablı məğlubiyyəti unutmamışıq
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib, qarşıdan gələn “Neftçi” ilə görüşdən danışıb.
- Bu bazar çoxdan gözlənilən “Neftçi” ilə oyun baş tutacaq. Siz yəqin ki, 0:5-in intiqamını almağa çalışacaqsız...
- Bu məğlubiyyəti çıxarmamışam. Elə komanda da. O ssenarinin təkrarlanmasına yol verməyəcəyik. Komanda bunu başa düşür ki, qələbə qazanmalıyıq. “Neftçi”dən əvəz çıxmalıyıq. Əvvəlki oyunlardakı məğlubiyyəti nərərə alsaq, bu dəfə dəyişikliklər olacaq. Təbii ki, bu, qaçılmazdı. Yunis Hüseynovun rəhbərliyi altında bu məsələni məşqçi heyəti həll edir. Bizim işimiz meydana çıxıb öz oyunumuzu göstərməkdi. Ümid edirəm ki, toparlanaraq “Neftçi” üzərində qələbə qazana biləcəyik.
- “Bakı”ya böyük hesabla uduzmağınızın səbəbi nə idi?
- Sadəcə, pis oynadıq. Ümumiyyətlə, oyunumuz alınmadı. Altı xal cəza müqabilində uduzmamalıydıq. İndi avrokuboklara düşmək üçün hər oyunda qələbəyə oynamalıyıq. Pis oyun göstərərək məğlub olduq. Son dəfə belə darmadağınla “Neftçi”yə uduzmuşduq. Bu dəfə “Bakı” layiqli qələbə qazandı.

- Amma güman olunurdu ki, “Xəzər Lənkəran” “Bakı” ilə görüşə oyun baxımından daha aqressiv çıxacaq. Axı FİFA klubunuzu 6 xalla cərimələmişdi...
- Əlbəttə ki, meydana yaxşı ovqat və yüksək motivasiya ilə çıxmışdıq. Başqa cür ola da bilməzdi. Oyuna üçqat köklənməli idik. Ancaq bəzi oyunçular əzgin idilər. Bu, bizim oyunumuzda da əksini tapdı. Axı bəzən ümumi mənzərədən kənar qalanda çətin ki, komandada nəsə alınsın.

- Buraxılmış son iki qolu tamamilə müdafiənin səhvi saymaq olarmı?
- Əgər top sizin qapınızdadısa, istənilən halda burda ilk növbədə müdafiəçilər günahkardılar. Indi bizə səhvlərimizdən nəticə çıxarmaq lazımdı.
- Əgər top sizin qapınızdadısa, istənilən halda burda ilk növbədə müdafiəçilər günahkardılar. Indi bizə səhvlərimizdən nəticə çıxarmaq lazımdı.
- Gec deyil ki?
- Düşünmürəm ki, gecdi. Biz hələ Avroliqaya düşə bilərik və bu yolda sona qədər mübarizə aparacağıq. İndi əsas yük komanda, futbolçuların üzərinə düşür. Bu ağırlığa baxmayaraq, biz öz məqsədimizə çatmaqda israrlıyıq.

- Yeri gəlmişkən, “Qəbələ”nin kapitanı Mahir Şükürovun mövsümün sonunda “Xəzər Lənkəran”a gələcəyi barədə xəbərlər var...
- O, bizə gəlsə, çox sevinərəm. Onun mümkün keçidi barədə xəbər məni çox sevindirdi. Mahir “Xəzər Lənkəran”a gəlsə, onunla çiyin-çiyinə oynamaq mənə xoş olar.