17 aprel 2012 18:15
Araz Abdullayev Ksantiyə qarşı oynaya biləcək
Sabah futbol üzrə Yunanıstan çempionatının 29-cu turunun oyunları keçiriləcək. Azerisport.az Yunanıstan KİV-ə istinadən xəbər verir ki, “Panionios”in yarımmüdafiəçisi Araz Abdullayev tam bərpa olunub və güman ki, “Ksanti”yə qarşı oyuna çıxa biləcək. Xatırladaq ki, bir müddət əvvəl Araz kiçik zədə səbəbi ilə sıradan çıxmış və sonra qripə yoluxaraq oyunlardan kənar qalmışdı. Qeyd edək ki, “Panionios” və “Ksanti” 32 xalla 11-12-ci yerləri bölüşürlər.
