17 aprel 2012 19:20

Vladimir Levin: Bunun səbəblərini izah etmək çətindi

“İnter”in kapitanı Vladimir Levin müsahibəsində “Neftçi” ilə (2:1) keçirilmiş oyun barədə danışıb, bu komanda ilə gözlənilən kubok qarşılaşması haqqında fikirlərini açıqlayıb və digər suallara cavab verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Şənbə günü “Neftçi” ilə keçirilmiş oyun barədə nə deyə bilərsiniz?
- Biz ona görə məğlub olduq ki, kobud səhvlərə yol verdik. Məhz mənim səhvimdən sonra qapımıza erkən qol vuruldu və bir qədər sonra yenə də öz səhvimizdən ikinci qolu buraxdıq. Sonra oyunun gedişini dəyişmək çox çətin oldu, ancaq bununla belə fasiləyə qədər bir qolun əvəzini çıxa bildik. Lakin ikinci hissədə imkanlarımızdan yararlanmaq bizə müyəssər olmadı.
 
- Son oyunlarda “İnter”ə hissələri uğurla başlamaq müyəssər olmur. Belə ki, çempionat çərçivəsində “Neftçi” ilə keçirilən hər iki qarşılaşmada komandamız erkən qollar buraxdı. Bundan başqa, “Xəzər-Lənkəran” ilə ilk kubok oyununun ikinci hissəsinin uğursuz başlanğıcını da xatırlamaq olar. Bunu nə ilə əlaqələndirmək olar?
- Yəqin ki, bunu konsentrasiyanın çatışmazlığıyla izah etmək olar. Amma hər şey təsadüfün işidir, necə deyərlər, meydan düz, top yumru, futbolda hər şey olur. Bunun səbəblərini izah etmək çətindir.
 
- Artıq sabah “İnter” kukok oyununda “Neftçi” ilə qarşılaşacaq. Qarşıdakı matç barədə nə düşünürsünüz?
- Oyuna diqqətlə hazırlaşırıq. 3 gün öncə keçirilmiş oyun haqqında xatirələr hələ yaddaşlarımızda yaşayır. Düşünürəm ki, məşqçilər heyəti bizə səhvlərimizi və nədə artırmaq lazımdır olduğunu göstərəcək. Biz artıq çempion olmaq şansımızı praktiki olaraq itirmişik və buna görə kuboku qazanmaq istəyirik. Bizə toparlanmaq və mövsümün qalan oyunlarını, istər çempionat, istərsə kubok matçlarını var gücümüzlə keçirmək lazımdır.
 
- Avropaya düşmək üçün hansı yol daha asandır? Kubok, yoxsa çempionat? “İnter”in avrokubok turnirlərinə düşmək şanslarını necə dəyərləndirirsiniz?
- Hər hansı proqnoz vermək istəmirəm. Hesab edirəm ki, hoppanmadan “hop” deməyə dəyməz. Bu mövzu ilə əlaqədar ancaq mövsümün sonunda danışa bilərəm. Amma indi öncədən fikir bildirmək istəmirəm.
 
- Son zamanlar “İnter” xoşagəlməz nəticələrlə qarşılaşır. Necə düşünürsünüz, bunun səbəbləri nədədi?
- Nəzərimcə, bunun bir çox səbəbi var. Haradasa geniş ehtiyat skamyamız çatışmır, haradasa uğursuzluqla qarşılaşırıq. Əvvəllər çox az qol buraxırdıq, ancaq son zamanlar çox qol buraxmağa başlamışıq. Bir sözlə, buna yalnız bir səhv gətirib çıxara bilməz. Bundan başqa, hazırda biz kifayət qədər sıx qrafiklə oynayırıq ki, bu da, əlbəttə ki, öz təsirini göstərir. Lakin ədalət naminə qeyd etməyə dəyər ki, digər klublar da belə sərt qrafiklə çıxış edirlər. Amma bununla belə biz cəhd edirik. Nəzəri məşğələlərdə səhvlərimizi daha yaxşı araşdırmağa çalışırıq və takriki tapşırıqları daha dəqiq yerinə yetirməyə cəhd göstəririk. Çox az vaxt qalıb və tərəzinin gözünü xeyrimizə dəyişdirməyə çalışacağıq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.