18 aprel 2012 19:53

Derbi sülhlə bitdi, Bakı Qarabağa məğlub oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hər iki oyun gündə baş tutub.
 
Günün ilk oyununda  "Bakı" doğma divarlar arasında "Qarabağ"ı qəbul edib. Ağdam klubu minimal hesablı qələbəyə sevinib. Digər yarımfinal cütündə isə iki paytaxt klubu “İnter”lə “Neftçi” qarşılaşıb. Bu görüşdə isə tərəflər qolsuz sülhə razılaşıblar.
 
Azərbaycan kuboku
Yarımfinal (ilk oyunlar)
18 aprel (çərşənbə)
 
İNTER - NEFTÇİ - 0:0 (0:0)
Bakı. "Şəfa" stadionu.
 
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. Ilia Kandalaki, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 8. Nizami Hacıyev, 9. Enyo Krastovçev, 14. Peter Zlatinov, 20. Girt Karlson,30. Danildo Assioli.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elşən Abdullayev, 11. Cavid Hüseynov, 22. Fərid Quliyev, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
 
1. Oyun başladı
2. Zərgərov oyundankənar vəziyyətə düşdü
5. Rəşad Abdullayev oyundankənar vəziyyətə düşdü
9. Nasimov oyundankənar vəziyyətə düşdü
10. Flavinyonun zərbəsi, Lomaya topu tutdu
13. Flavinyonun sol cinahdan kiçik reydi və zərbəsi, Lomaya yerindədi
14. Lomaya mövqeyini tərk edərək Nasimovun topu çatmasına mane olur
15. İmamverdiyə qarşı kodud oyun və cərimə zərbəsi təyin edildi. Abışovun cərimə zərbəsi və Tsxadadze topu zərsizləşdirdi, təkrar zərbə təhlükəsiz alındı
19. Kandelakinin sol cinahdan cərimə meydançasına asmasını İmamverdiyev zərərsizləşdirdi
22. Lomaya mövqeyini tərk edib topu uzaqlaşdırdı. Raşad Abdullayevin topu ələ keçirib uzaqdan zərrbə endiridi, zərbəsi alınmadı
23. Nasimovun zərbəsi dəqiq deyil
30. Tsxadadzenin akrobatik zərbəsi və top az fərqlə qapının üstündən keçdi
33. Nasimovun zərbəsi, nəticəsizdi - top qapının üstündən keçdi
36. Flavinyo - fərdi ustalıqla keçid, zərbə, top ayağına oturmadı
40. "Neftçi"nin oyunu rəqibi çaş-baş salır. "Neftçi" rəqibin müdafiə xəttini gərginlikdə saxlayır
44. Rəşad Abdullayev oyundankənar vəziyyətə düşdü və fitdən sonra topa zərbə endirdi. Hakim Rəşad Abdullayevu sarı vərəqə ilə cəzalandırdı
45. Tsxadadzenin zərbəsi Stamenkoviç iki cəhdd topu tutdu
45. Flavinyo topu saxlamadan qapıya vurdu. Hakim ilk hissəni bitirdi
46. Oyunda ikinci hissə başladı
47. Asif Məmmədovun zərbəsi - top qapıdan xeyli aralı keçdi
49. Asif Məmmədovdan sol ayaqla cərimə meydanının xaricindən zərbə - top qapının üstündən keçdi
50. "Neftçi" əks hücuma keçdi - Nasimovdan sağ cinaha - Rəşad Abdullayeva ötürmə, Kandelaki ötürmənin qarşısını aldı
53. Yunuszadə sarı vərəqə aldı. İnterin cərimə zərbəsi
54. Canlı sədd quruldu. İki komandanın oyunçuları arasında gərginlik Zərgərov cərimə zərbəsini yerinə yetirdi - top qapının üstündən keçdi
55. Daşdəmirovun səhvi... Nasimovun aşırma zərbəsi - top qop qapnın üstündən keçdi
55. Daşdəmirovun ötürməsi - zərbə... Stamnkoviç yerindədi
55. Nasimov real qol vəziyyətini boşa verdi, top qapını üstündən keçdi
57. Asif Məmmədov qapıçı meydançasında hava topunu qəbul edib zərbə üçün çevrildi - Stamenkoviç zərbəyə imkan vermədi
58. Tsxadadzeni Krastovçev əvəzlədi
59. "Neftçi"nin əks hücumu - rəqib üç müdafiəçi ilə yaxalndı. Rəşad Abdullayev ötürmə zamanı topu itirdi. "İnter"in qarşılıqlı hücumu. Asif Məmmədovdan gözəl driblinq, iki müdafiəçini keçdi. Stamenkoviç vəziyyəti nəzarətə aldı
60. Künc zərbəsi, "Neftçi" əks hücuma keçir. Qayda pozuntusu...
62. Çervenka kobud oynadı və sarı vərəqə ilə cəzalandırıldı
65. Daşdəmirov kobud oynadı... cərimə zərbəsindən dərhal top oyuna daxil edildi, hücumun kəsəri itdi
66. "İnter"in əks hücumu... Tsxadadze oyundankənar vəziyyət düşdü. Kandelaki - fitdən sonra topa zərbə və sarı vərəqə ilə cəzalandı
68. Nizami Hacıyev Samir Zərgərovu əvəzlədi
69. Hakim tibbi heyəti meydana dəvət etdi - Flavinyo zədəlidi
72. İmamverdiyev sarı vərəqə aldı. Flavinyo oyuna qayıtdı - başı sarıqlıdı, zədə ciddi deyil
74. Nasimov Abramidzeyə qarşı kobud oynadı və etiraza görə sarı vərəqə aldı
75. Mitreski zədələndi - tibbi heyət meydandadı... "İnter" topu meydandan çıxardı
76. "Neftçi" alicənablıqla topu rəqibə qaytardı
77. Flavinyo top itgisinə əsəbiləşdi
78. Lomaya Flavinyoya topa yiyələnməyə mane oldu.
81. Flavinyo hücumu başladı, sol cinahla irəlilədi, ötürmə vedri... oyundaşları hücumun kəsərəni aşağı saldı
82. Rəşad Abdullayevi Cavid Hüseynov əvəzlədi
83. Hacıyev - Mitreski qarşıdurmçası: Mitreski üç dəfə Hacıyevin qarşısı kəsdi
84. "İnter"in növbəti hücumu və Stamenkoviç vəziyyətə nəzarəti itirmədi
85. Daşdəmirov topu itirdi: Əmircanov - Flavinho - Nasimov... Nasimov vəziyyəti qiymətləndirə bilmədi
87. Əmircanov son dəqiqələrdə fəaldı
88. Asif Məmmədov əzmlə mübarizədədi. Azrkeşlərin çağırşı dayanmaq bilmir
89. Emil Mehdiyev İmamverdiyevi əvəzlədi
90. Stamenkoviç topu oyuna dxil etdi. Emil Mehdiyev əllə oyuna görə sarı vərəqə ilə cəzalandı. Hakim ikinci hissəyə 3 dəqiqə əlavə etdi
90+2. Krappan Emil Mehdiyevi nəzarətdə saxladı...
90+3. Nasimov pressinq etdi, hakim bunu kobud oyun kimi qiymətləndirdi. "Neftçi"nin daha bir hücumu, qol vəziyyəti - Flavinyo!!! Qol gəlmədi - top qapını üstündən keçdi.
Oyun başa çatdı
 
BAKI – QARABAĞ – 0:1 (0:0)
Hakimlər: Fariz Yusifov,  Azər Əsgərov, Ramiz Əsədov, Rəhim Həsənov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
 
BAKI: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Çesnauski Deyvidas, 8. Junior Xavier Vilson, 21. Novruz Məmmədov, 24. Kovaçeviç Nenad, 25. Şəhriyar Əliyev, 30. Verpakovski Maris, 77. Aleksandar Soliç (k), 98. Kontreras Pardo Serxio.
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 20. Elşən Manafov, 36. Uinston Parks, 99. Rəhman Hacıyev.
QARABAĞ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 9. Bəxtiyar Soltanov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 19. Muarem Muarem, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Rəşad Sadiqov, 4. Zaur Həşimov, 11. Rauf Əliyev, 18. İlqar Qurbanov, 44. Eltun Yaqublu, 77. Georgi Adamiya.
 
Oyun başladı
3. İlk təhlükəli vəziyyət qonaqlardan gəldi. Lakin Vaqifin zərbəsi dəqiq olmur
5. 7. Çesnauskinin zərbəsi qapıdan aralı keçir
9. Bakılıların çox təhlükəli hücumu zamanı Pavloviç komandasını real qoldan xilas edir
11. Qonaqlar kornerdən lazımınca yararlana bilmirlər
16. Cavadovun zərbəsi korner gətirsə də, ağdamlılar bundan yararlana bilmirlər
19. N.Kovaçeviç sarı vərəqə ilə cəzalanır
25. Hər iki komanda meydanın mərkəzini ələ keçirməyə, hücum qurmağa cəhd edir
35. Novruz Məmmədov zədələnir, ona tibbi yardım göstərilir
37. Novruz Məmmədov aldığı zədə səbəbi ilə Nurlan Novruzovla əvəzlənir
40. Bəxtiyar Soltanov zədələnir, hakim tibbi heyəti meydana dəvət edir
45. Hakim ilk hissəyə 2 dəqiqə əlavə edir
46. Hakim ikinci hissəyə start verdi
49. Çesnauskiyə qarşı qayda pozuldu. Cərimə meydançasına asmanı Şoliç tamamlaya bilmədi
52. Vaqif Cavadovun zərbəsi, top qapıdan xeyli aralı keçdi
53. Vüqar Nadirov Qara Qarayevin uzun ötürməsini qəbul edib sağ cinahla irəliləyir, lakin topu meydanda saxlaya bilmədi
55. Vaqif Cavadova qarşı qayda pozuldu. Rəşad Sadıqovun vurduğu cərimə zərbəsi canlı səddə dəydi və top meydandan çıxdı
57. Verpakovskinin zərbəsi, qapıçı Pavloviç topu tutdu.
58. Hakim etiraza görə Kokeyə sarı vərəqə göstərdi
61. Verpakovski Medvedevə qarşı sərt oynadı və hakim cərimə zərbəsi təyin etdi. Aqolinin cərimə meydançasına asması. Müdafiəçilər topu meydandan çıxardı - künc zərbəsi
62. Künc zərbəsindən oynanılan top, Vüqar Nadirovun zərbəsi, Aqil Məmmədov "Bakı"nı qoldan xilas etdi
63. Şoliç Parksla əvəzləndi
66. Vaqif Cavadov Georgi Adamiya ilə, Bəxtiyar Soltanov Rauf Əliyevlə əvəzləndi
69. Rəşad Sadıqovun sol cinahdan təkbaşın reydi, qapıya zərbə, Aqil Məmmədov topu tutdu
70. Rəşad Sadıqovun gözəl ötürməsi, Aqoli topu qəbul etdi. Nurlan Novruzov Aqolini kobudluqla dayandırdı və sarı vərəqə aldı. Hakim cərimə zərbəsi təyin etdi. Rauf Əliyevin ötürülən topa zərbəsi dəqiq alınmadı, top qapı tirinə dəydi
77. Vüqar Nadirovu Rəşad Sadiqov əvəzlədi
78. Koke Lukas Mario Horvatla əvəzləndi
79. Adamiya oyundankənr vəziyyətə düşdü
83. "Bakı"nın müdafiə xəttində kobud bir səhv! Adamiyanın zərbəsi və Aqil Məmmədov komandanı qoldan xilas etdi
85. Parks sol cinahda üç müdafiəçinin əhatəsindən zərbə endirdi, top qapıdan aralı keçdi
88. Adamiya Çesnauskiyə zərbə anında kobudluq etdi. Hakim Adamiyaya sarı vərəqə göstərdi və təhlükəli mövqedən cərimə zərbəsi təyin etdi
89. "Bakı"nı cərimə zərbəsi zərərsizləşdirildi
90. Adamiya hücuma atıldı, komanda yoldaşına ötürmə verdi, ötürməni qəbul etdi, sol ayaqla zərbəsi - top qapıdan keçdi... Qol!!! "Qarabağ" öndədir.
90. Hakim ikinci hissəyə iki dəqiqə əlavə etdi.
90. "Bakı"nın son dəqiqələrdə kəsərsiz hücumları...
Oyun başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.