18 aprel 2012 22:55
Arazsız Panionios qələbə qazana bilmədi (YENİLƏNİB)
Futbol üzrə Yunanıstan Super Liqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası doğma divarlar arasında “Xanthi” ilə qarşılaşıb. Heç də uğurlu çıxışı ilə seçilməyən Afina klubu çempionatın sondan əvvəlki turuna təsadüf edən axırıncı ev oyununda doğma meydan amilindən yararlana bilməyib.
Son oyunlarda forma geyməyən Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Baş məşqçi ona bu oyunda 18-likdə yer versə də, Araz "Xanthi" ilə bütün oyunu ehtiyatdan izləməli olub.
Qeyd edək ki, “Panionios” və "Xanthi" öz aralarında heç-heçədən sonra 29 oyuna 33 xal toplayıblar.
Yunanıstan Superliqası
29-cu tur
18 aprel
Panionios – Xanthi - 1:1
Qollar: A.O. Sulaimon, 72 - Vasilakakis, 25.
