20 aprel 2012 02:00
Avroliqa: Atletico və Sporting ilk oyunda qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.Azerisport.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.
Bu mərhələdə birdən-birə üç komanda ilə təmsil olunan İspaniyanın iki klubu bir-biri ilə qarşılaşıb. Belə ki, “Atletico” “Valencia”nı məğlub yola salmağa nail olub.
Digər yarımfinal cütündə isə İspaniyanın digər təmsilçisi “Athletic” Portuqaliya klubu “Sporting”lə üz-üzə gəlib. Hesabı qonaqlar açsa da, portuqallar əzmkar qələbəyə seviniblər.
Avropa Liqası
Yarımfinal (ilk oyunlar)
19 aprel
Atletico (İspaniya) – Valencia (İspaniya) - 4:2 (1:0)
Qollar: Falkao, 18; 78, Miranda, 49, Adrian, 54 - Yonas, 45, Kosta, 90.
Sporting (Portuqaliya) - Athletic (İspaniya) - 2:1 (0:0)
Qollar: İnsua, 76, Kapel, 80 - Aurtenetxe, 54.
