18 aprel 2012 00:11
Türkiyə kubokunun yarımfinal oyunlarının proqramı bəlli oldu
Futbol üzrə Türkiyə kubokunda 1/2 final mərhələsinin proqramı müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq yarımfinal oyunlarının başlama saatları bəllidi.
Belə ki, "Bursaspor" - "Eskişehirspor" görüşü aprelin 25-də keçiriləcək və Bakı vaxti ilə saat 21:00-da start götürəcək. "Karabükspor" - "Fenerbahçe" matçı isə aprelin 26-da baş tutacaq və bu oyunun da start fiti saat 21:00-da səslənəcək.
Qeyd edək ki, Türkiyə kubokunda yarımfinal mərhələsi də bir oyundan ibarətdi və görüşlər neytral stadionda keçiriləcək.
