17 aprel 2012 11:58
Qəbələ 2 oyunçusu ilə yollarını ayırdı
“Qəbələ” iki legioneri ilə yollarını ayırmaq qərarına gəlib. Azerisport.az xəbər verir ki, söhbət Pavel Doroşev və Lyuba Baranindən gedir.
Onlar baş məşqçi Farih Kavlakın istəyi ilə komandadan uzaqlaşdırılıblar. Türkiyəli məşqçi futbolçuların intizamsız hərəkətinə görə onlarla yolları ayırmaq qərarına gəlib.
Xatırladaq ki, son turlarda Doroşev və Baranin komandanın əsas heyətində yer almırdılar. Baranindən fərqli Doroşev transferə çıxarılıb.
