17 aprel 2012 12:18
Doroşev: İnanıram ki, Azərbaycanda qalacağam
“Qəbələ”nin heyətindən kənarlaşdırılan qapıçı Pavel Doroşev transferə çıxarılmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mövsümün sonunda “Qəbələ”ni tərk edəcəyəm. Hazırda menecerim mənim işlərimlə məşğuldu. İnanıram ki, Azərbaycanda qalacağam. Amma hələlik heç bir rəsmi təklif yoxdu”.
“Mövsümün sonunda “Qəbələ”ni tərk edəcəyəm. Hazırda menecerim mənim işlərimlə məşğuldu. İnanıram ki, Azərbaycanda qalacağam. Amma hələlik heç bir rəsmi təklif yoxdu”.
Qeyd edək ki, latviyalı qolkiperin müqaviləsinin müddəti 2013-cü ildə başa çatacaqdı.
