17 aprel 2012 12:22
Andorra-Azərbaycan matçının vaxtı və yeri açıqlandı
Xəbər verdiyimiz kimi, mayın 30-da Almaniyanın Frankfurt şəhərində Azərbaycan və Andorra milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.Azerisport.az xəbər verir ki, artıq qarşılaşmanın keçiriləcəyi stadion və oyunun başlama vaxtı müəyyənləşib.
Belə ki, Azərbaycan – Andorra oyunu Frankfurt şəhərindəki “Viktoria Kelsterbach” stadionunda keçiriləcək. Qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
