17 aprel 2012 12:51
İnter, XL, Neftçi və Bakı cərimə olundu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Premyer Liqanın 28-ci turunun “Neftçi” – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

AZAL – “Rəvan” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Bakı” – “Xəzər Lənkəran” matçının 77-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Katalin Doman kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Bakı”nın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.