17 aprel 2012 13:00

Böyükağa Hacıyev: Məni Neftçiyə inanmayan insanlar motivasiya edir

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az və “Zerkalo”ya müsahibəsində çempionluq, kubok və avrokuboklar haqda danışıb.
 
- “Neftçi” - çempion”. “İnter” üzərində qələbədən sonra siz bu cümləni nə qədər eşitmisiniz?
- Bu vacib deyil. Futbolçular və məşqçilər mövsümün sonunda - final fiti çalınıb rəqiblərin sənə çata bilməyib əlində kubok və medallar, Çempionlar liqasına hazırlaşanda sevinirlər.
 
- Sizin “İnter”lə maraqlı qarşıdurmanız alındı - çempionatın ilk hissəsində iki məğlubiyyət və ikinci hissəsində iki qələbə. Komandanın oyununda necə yenidənqurma edə bildiniz?
- Bu məğlubiyyətlər bizim xeyrimizə oldu. Biz “İnter”i daha yaxşı öyrənə bildik və qələbə qazandıq. Məsələn, onlar heç cür bizim nə üçün üç “dayaqçı” ilə oynadığımızı anlaya bilmədilər. Lakin Silva, Georgiyevski və Seyidov orda möhkəm “üçlük” yaratdılar. Onlara əhsən. Slavço ümumiyyətlə qolla fərqləndi.
 
- “Qarabağ”la 10 xal fərqiniz var. Sona cəmi dörd tur qalıb. Ancaq siz təbrikləri qəbul etmirsiniz.
- Xeyr. Biz özümüzü qalib saya bilərik. Ancaq mənim üçün hər şey yalnız son turda başa çatacaq.
 
- “Neftçi”yə FIFA tərəfindən “Xəzər-Lənkəran”a verilmiş cəza (6 xal cərimə) kömək etdi?
- “Neftçi” istənilən halda birinci yerdə gedirdi. “Xəzər-Lənkəran” “Bakıya 1:4 hesabı ilə məğlub oldu. Bu, məni təəccübləndirdi. Komanda hədsiz çox səhv edirdi.  Biz bütün rəqiblərimizə hörmət edirik və onları ancaq futbol meydanında məğlub etmək istəyirik.
 
- Sizə çempionluğu Lənkəranda qazanmaq mütləqdi?
- Mütləqdi? Futbol bəzən “borclar”ı qaytarır. Bu gün bizim küçədə bayramdır. Sabah əksinə ola bilər. Lider komandaların hər biri Azərbaycan futbolu üçün oynayır və futbolumuzun inkişafı məqsədi ilə çalışır. Əgər biz Lənkəıranda qalib gəlsək, “Xəzər-Lənkəran” azarkeşləri üçün qorxulu heç nə olmamalıdı. Həm də onlar buna sevinməlidir, axı bütün futbolumuz qalib gəlir.
 
- Gələcəkdə sizi “Xəzər-Lənkəran”la işləməyə dəvət etsələr, qərarınız nə olacaq?
- Mən məşqçiyəm. İstənilən komandada ola bilərəm. Bir neçə il qabaq “Bakı” ilə çempion olmuşdum, indi “Neftçi”də çalışıram. Hazırda xoşbəxtəm ki, Sadıx Sadıxov kimi klub prezidenti ilə işləyirəm. O, bizim üçün ideal şərait yaradıb.
 
- Kubokun yarımfinalında “İnter”lə dueldə “Neftçi”nin şanslarını necə qiymətləndirirsiniz?
- Bu oyunlar çempionatda keçirilmiş oyunlardan çətin olacaq. Biz arxayınlaşmamalıyıq. İlk oyunda qollu heç-heçə məni qane edir. Ümumiyyətlə, mən qızıl dublun əleyhinə deyiləm.
 
- Artıq avrokuboklar haqda düşünürsünüz?
- “Neftçi”nin artıq avrokuboklara vəsiqəni təmin etməsin i nəzərə alsaq bu barədə düşünməmək məntiqsiz olardı. Biz çempionatı 12-13 oyunçu ilə başa vuracağıq. Qalanlarını müxtəlif zədələr sıradan çıxarıb. İndi mən yeni oyunçular haqda düşünürəm. Onların arasında yerli və legionerlər var. “Neftçi”nin heyətində dəyişikliklər olacaq. Ancaq bunlar kiçik dəyişikliklərdir.
 
- Buna baxmayaraq çoxları “Neftçi”nin avrokuboklarda uğurlu çıxış imkanlarına inanmır.
- Onlar bizə çempionatda inanmırdılar. Belə insanlar məni və komandanı sadəcə motivasiya edir. Biz avrokuboklarda bacardığımız qədər uğurla çıxış etməliyik. Ancaq indi çempionat haqda düşünməliyik.
 
- Arif Əsədovun rəhbərliyi altında çıxış edmiş “Neftçi” sizin “Neftçi”dən nə ilə fərqlənir?
- Bunlar iki fərqli komandadı. Hansının güclü olduğunu deyə bilmərəm. Sadəcə fərqlidirlər. Bizə səviyyəni qaldırmaq üçün hələ xeyli işləmək lazımdır. Mən öz oyunçularıma inanıram.
 
- Mövsümün əvvəlində komandanı qəbul edəndə belə sonluq barədə düşünürdünüz?
- Əgər yadınızdadırsa, hələ onda “Neftçi”ni çempion edəcəyim halda gedəcəyimi demişdim. Mən elə belə də edərdim. Ancaq inidi bizi çempionatın son oyunları və avrokuboklar gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.