18 aprel 2012 13:32
Elnur Allahverdiyevlə Kamran Ağayev Xəzər Lənkərandan ayrılmayacaq
“Xəzər Lənkəran” əsas qapıçısı Kamran Ağayev və müdafiəçi Elnur Allahverdiyevlə yollarını ayırmayacaq. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi hər iki oyunçu ilə görüş keçirərərk, onlara yeni müqavilə təklif ediblər.
Bunu “ağ-yaşıllar”ın baş məşqçisi Yunis Hüseyniv da təsdiqləyib: “Düzdü, hələ transferlərdən danışmaq tezdi. Amma heyətdə bəzi oyunçular var ki, mən onlarla işləməyə davam etmək istəyirəm. Kamran və Elnur “Xəzər Lənkəran”da qalacaq. Bizim onlarla söhbətimiz olub və deyiblər ki komandada qalacağıq”.
