18 aprel 2012 14:28
Antonio Semedo Neftçi ilə oyunu buraxa bilər
“Xəzər Lənkəran” Premyer Liqanın 29-cu turunda qarşılaşacağı “Neftçi” ilə “Böyük oyun” öncəsi hücumçularının birinin xidmətindən məhrum ola bilər. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin portuqaliyalı futbolçusu Antonio Semedo komandanın ötən gün baş tutan məşqində zədə alıb.
Bu üzdən də onun qarşıdakı prinsipial oyunda meydana çıxması sual altındadı. Hələlik, gənc forvardın zədəsinin nə dərəcədə ciddi olduğu bəlli deyil.
