18 aprel 2012 19:18
Qurban Qurbanov: 2-ci hissədə daha gərgin oyunun şahidi olduq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Bakı”ya qarşı keçirdikləri görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesabıyla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“İlk qarşılaşma ağır keçdi. Biz sona kimi mübarizə apardıq. Futbolçularım pis oynamadı. İkinci hissədə daha gərgin oyunun şahidi olduq. İkinci oyunda da qalib gəlməyə çalışacağıq”.
