18 aprel 2012 19:24
Novruz Əzimov: Rəqibin təzyiqi nəticəsində səhv buraxdıq
“Bakı”nın məşqçisi Novruz Əzimov futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Qarabağ”a qarşı keçirdikləri görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:0 hesabıyla qələbə qazandığı məğlub olduğu görüşlə bağlı bunları dilə gətirib.
“1/2 finalın ilk oyununun ağır keçəcəyini bilirdik. Belə də oldu. Rəqibin təzyiqi nəticəsində səhv buraxdıq və nəticədə qapımızda qol gördük. İlk hissədə Novruz Məmmədov zədələndi və onu əvəz etmək məcburiyyətində qaldım. Çesnauski Novruz Məmmədovun mövqeyində oynadı. Bu da hücumlarımızın kəsərini azaltdı. Quzanlıdakı oyun çox çətin olacaq. Çalışacağıq ki, növbəti oyuna yaxşı hazırlaşaq”.
